Mama-ginekoloq: "Genital sahədə PRP qadının öz qanından hazırlanan plazmanın xarici və daxili genital sahəyə yeridilməsi prosesidir"
19.10.2023 09:28

Müasir ginekologiyada estetik işləmlər son illərdə geniş vüsət almaqdadır. Bu sahənin inkişaf etməsi ginekoloji estetikaya olan tələbatın artması ilə bağlıdır. Eyni zamanda, reproduktiv və menopauzal dövrdə yaranan xəstəliklərin artıq ənənəvi yolla deyil, daha müasir üsullarla aradan qaldırılmasına dair tendensiyalar meydana gəlməkdədir.

 

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova bu mövzuda suallarımızı cavablandırıb.

 

- Qadın orqanlarında aparılan hansı yeni müasir estetik üsulları mövcuddur?

 

- Estetik ginekologiya müasir və özünə güvənən qadın üçün mütləqdir. Son illər qadınların kosmetik ginekoloji estetik əməliyyatlara tələbatı da çoxalıb. Genital orqanlarda baş verən müxtəlif patologiyalar zamanı estetik müalicə üsulu olaraq PRP (Platelet Rich Plasma), botox, dolğular və kök hüceyrələrin istifadə olunması, Lazer texnologiyası tətbiqi son illərdə müasir sahə hesab olunur.

 

- Genital sahədə yerli olaraq tətbiq olunan üsullar haqqında məlumat verərdiniz. Genital sahədə PRP-ni kimə etmək məsləhət görülür?

 

- Genital sahədə PRP (Platelet Rich Plasma) - qadının öz qanından hazırlanan plazmanın xarici və daxili genital sahəyə yeridilməsi prosesidir. Uşaqlıq yolunun daxili və xaricinə tətbiq olunmaqdadır. Xarici sahədə səthi hamarlıq, dolğunluq və cavanlaşdırma yarada bilir. Nahamarlığı, dəri tündləşməsiniş və qırışları aradan qaldırır.

 

- PRP-nin təsir mexanizmi necədir, toxumalara necə təsir göstərir? 

 

- PRP müalicəsində plateletlərin (trombositlər) hemostazdan (qan laxtalanması) digər əhəmiyyəti, daxilində böyümə faktorları və sitokinlər hesabına yaranın sağalması prosesinin sürətlənməsini təmin etməkdir. Bu nəticə ədəbiyyatlarda da öz əksini tapmışdır. Genital sahənin cavanlaşdırılması, cinsi istəksizliyin aradan qaldırılması kimi halllarda PRP tətbiqi faydalıdır. 

 

- Genital sahədə PRP hansı sahələrə tətbiq olunur?

 

- PRP əsasən xarici və daxili cinsiyyət üzvlərinə tətbiq oluna bilir. Uşaqlıq yoluna tətbiq etdiyimiz genital PRP prosedurunda məqsəd toxuma yenilənməsini və cavanlaşdırılmasını təmin etməkdir. Həmçinin PRP cinsi istəksziliyin müalicəsi, orqazm olmama (anorqazmiya) müalicəsi, qadınlarda sidik qaçırma müalicəsi, cinsi zövqün artırılması baxımından da faydalıdır.

 

- Genital PRP-yə olan göstərişlər hansılardır?

 

- Genital PRP böyük cinsiyyət dodaqlarına cavanlaşdırma və rəngaçma məqsədilə tətbiq edilir. Sidikqaçırma müalicəsinə kömək məqsədilə uşaqlıq yolunun yuxarı divarı ilə sidik kisəsi girəcəyi arasına PRP olunmaqdadır. Normal doğuşdan sonra epiziotomiya çapığının aradan qaldırılması və qeysəriyyə kəsiyinin izinin itirilməsi mümkündür. Uşaqlıq yolunda quruluğu və ağrılı cinsi əlaqəni aradan qaldırmaq üçün tətbiq edilir.  Eyni zamanda, orqazmı artırmaq üçün (klitor, G nöktəsi, uşaqlıq yolunun həssas nöqtələrinə) genital PRP istifadə etmək olar.

 

- Genital sahəyə PRP-ni hansı üsulla və aralıqla yeritmək lazımdır?

 

- Birinci çox nöqtəli inyeksiya texnikası - PRP ediləcək sahəyə sistematik olaraq çox sayda iynə vurulur. Tunel texnikası - genital sahəyə PRP tətbiqi 2-3 həftə ara ilə 3-4 dəfə oluna bilər.

 

- Bəs genital PRP-yə olan əks göstərişlər hansılardır?

 

- Ciddi laxtalanması olan və antikoaqulyant müalicəsi alanlarda, xroniki qaraciyər xəstəliyi, immun sisteminin xroniki xəstəliyi olanlara genital PRP olunmur. Hamiləlik və zahılıq dövründə genital PRP təyin olunmamalıdır.

 

- Genital sahədə aparılan PRP ağrılıdırmı?

 

- Genital PRP müdaxiləsi ağrılı deyil. Baş verə biləcək ağrı bədənin başqa yerinə olunan PRP zamanı hissedilən ağrı qədərdir. PRP müdaxiləsindən sonra pasiyent evə gedə bilər. PRP-dən sonra 1 həftə cinsi pəhriz təyin olunur. 

 

- Vətənimizdə genital estetik sahəsinin gələcəyini necə görürsünüz?

 

- Hazırda Mərkəzi Gömrük Hospitalı Mamalıq-Ginekologiya poliklinikasında bu müasir işləm müvəffəqiyyətlə həyata keçirilməkdədir.

 

Məqsədimiz bütün yaş dövrlərində qadınlarımıza həm sağlamlıq, həm də mənəvi olaraq dəstək olmaq, baş verə biləcək patologiyaları qansız üsulla, cərrahi əməliyyatsız aradan qaldırmaq, genital gözəlliyi təmin etməkdir. Bu işlə məşğul olacaq həkim briqadamız həm vətəndə, həm də xarici ölkələrdə xüsusi təlim keçmiş kadrlardır.

 

Məqsədimiz ginekologiyanın estetik sahəsini inkişaf etdirmək, tətbiq olunacaq müdaxilələri elmi olaraq araşdırmaq və tədqiqat işi kimi təqdim etməkdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
 Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib