Kamran Beydullayev Özbəkistan-Azərbaycan səhiyyə dekadası çərçivəsində transplantasiya əməliyyatları icra edib
18.10.2023 15:26

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu Kamran Beydullayev Özbəkistanın paytaxtı Daşkənd şəhərində türk dünyasının dahi oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadasında iştirak edib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyinin həkim mütəxəssisləri özbəkistanlı həmkarları ilə birgə vətəndaşlar üçün mərhələli şəkildə yüksək texnoloji avadanlıqlar vasitəsilə 100-dən artıq cərrahiyyə əməliyyatları icra edib, müayinə və müalicələr aparıblar.

 

Cərrah-transplantoloq Kamran Beydullayev və nefroloq Elnur Fərəcov 10 gün müddətində Özbəkistanın tibb müəssisəsində 7 böyrək transplantasiyası və laparoskopik üsulla donor əməliyyatı icra ediblər, eləcə də  Kamran Beydullayev laparoskopik donor əməliyyatı üzrə özbəkistanlı həmkarları üçün master-klass keçirib.

 

Tədbir çərçivəsində Özbəkistanda cərrahi əməliyyatlar icra edən, müayinə və müalicələr aparan Azərbaycan mütəxəssisləri Azərbaycan Respublikası Səhiyyə naziri Teymur Musayev və Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov tərəfindən yüksək qiymətləndirilib və onlara təşəkkürnamələr təqdim edilib. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib