STM-in 1 nömrəli Xəstəxanasında Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib
18.10.2023 10:03
Sumqayıt Tibb Mərkəzinin (STM) 1 nömrəli Xəstəxanasında “Heydər Əliyev ili” çərçivəsində 18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı “Ölkəni parçalanmadan qoruyan dahi lider” mövzusunda tədbir keçirilib.
 
 
Aztibb.az-a STM-dən bildirilib ki, tədbiri giriş sözü ilə açan Mərkəzin direktor müavini Arzu Bəndəliyeva bildirib ki, 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi başlayıb. Vurğulayıb ki, müstəqilliyimizin qorunub saxlanması Ulu Öndərin adı ilə bağlıdır.
 
Qeyd olunub ki, müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin qətiyyəti sayəsində gündən-günə daha da inkişaf edir, qüdrətlənir.
 
1 nömrəli Xəstəxananın baş həkimi Mətləb Musayev ulu öndərin əsasını qoyduğu müdrik, düşünülmüş siyasəti dövrün tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nəinki regionda, dünyada söz sahibinə çevrildiyini diqqətə çatdırıb.
 
Digər çıxış edənlər bildiriblər ki, güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu ərazi bütövlüyünü bərpa etməklə sübuta yetirdi.
 
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç zaman olmadığı qədər güclü, qüdrətlidir və bu günkü müasir müstəqil, qalib Azərbaycan Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
 
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır