Azərbaycan XIV Avrasiya Hematoloji Konqresində təmsil olunub
18.10.2023 11:01

Türkiyənin İstanbul şəhərində baş tutan XIV Avrasiya Hematoloji Konqresinə ölkəmizin aparıcı mütəxəssisləri də qatılıb. Tədbirdə Avropa və Asiyanin bir sıra ölkələrindən gəlmiş və dünyada tanınmış alimlərin məruzələri dinlənilib.

 

Aztibb.az-ın xəəbərinə görə, aktual hematoloji mövzuları əhatə edən konqresdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Hematologiya şöbəsinin müdiri, I Daxili xəstəliklər kafedrasının əməkdaşı Şəhla Şabanova “Vərəmlə assosiasiya edilən Hockin limfoması” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə vərəmin endemik olduğu ölkələrdə Limfoproliferativ xəstəliklər üçün risk amili, müalicənin, eləcə də xəstəliyin gedişatında mənfi proqnostik faktorlar vurğulanıb. Əməkdaşımızın çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

 

Qeyd edək ki, tədbir beynəlxalq əhəmiyyətli olduğu üçün bütün məruzələr ingilis dilində səsləndirilib. Konqresin işində Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri Valeh Hüseynov, sədr müavini Xuraman Cəfərova və eləcə də birliyin fəal üzvləri iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib