Dendrologiya İnstitutunun elmi işçisi Lavandula angustifolia L. növü üzərində tədqiqat aparıb
18.10.2023 09:12

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun elmi işçisi Xəyalə Əlibəyli institutunun eksperimental sahəsində becərilən Lavandula angustifolia L. növü üzərində tədqiqat aparıb.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, tədqiq olunan Lavandula angustifolia Mill. növünün çiçəkləri toplanaraq Sənaye əhəmiyyətli bitkilər laboratoriyasında standart metodla qurudulub. Qurudulmuş lavanda çiçəklərindən hidrodistilliyasiya metodu ilə (Qinzberq) efir yağı alınıb. Alınan efir yağının komponent  tərkibi ”Kristal” 2000 M markalı qaz-maye xromatoqrafiya üsulu ilə təyin edilib.

 

Tədqiqat zamanı Abşeron yarımadasında yerləşən Dendrologiya İnstitutunun eksprimental sahəsində becərilən Lavandula angustifolia Mill. növünün çiçəkləri toplanaraq laboratoriya şəraitində standart metodla qurudulmuş və hidrodistilliyasiya metodu ilə (Qinzberq) efir yağı alınıb. Alınan efir yağının komponent tərkibi “kristal” 2000 M markalı qaz-maye xromatoqrafiya üsulu ilə təyin edilib.  Lavanda çiçəkləri efir yağı ilə zəngindir. 

 

Efir yağlarının miqdarı bitkinin növündən asılı olaraq dəyişir. Dalmazkimilər fəsiləsinə aid olan Lavandula angustifolia növü efir yağlı bitkilər arasında xüsusi yer tutur. Lavanda bitkisinin bütün hissələrində efir yağları toplanır. Qədim aromatik bitkilərdən olan lavandadan alınan efir yağı bakterisid xassəyə malikdir. Lavanda bitkisindən alınan efir yağları tibbdə, aromaterappiyada, parfumeriyada, kosmetologiyada, kulinariyada sənayenin müxtəlif sahələrində geniş istifadə olunur.

 

Tədqiqatın əsas məqsədi  Lavandula angustifolia  növündən alınan efir yağının kimyəvi tərkibi və istifadə imkanlarının öyrənilməsidir.

 

Cavan zoğlardan yuxarıya doğru çiçək zoğları inkişaf edir. Onların təpə hisssəsində sünbül çiçək qrupu yerləşir. Çiçəkləri ikicinslidir. Çiçək tacı mavi, göy və ya bənövşəyi rənglidir. Lavanda işıqsevən bitkidir. Kölgəli şəraitdə onun budaqları çox uzanır, çiçəkləri xırdalaşır, yağlılığı aşağı düşür. Lavanda çiçəkləri efir yağı ilə zəngindir. Lavanda bitkisi azot, fosfor, kalium gübrələrinə qarşı tələbkardır.

 

Lavanda iyun ayının ortalarından başlayaraq 20-35 gün çiçəkləyir. Çarpaz tozlanır, lakin öz-özünə tozlanma da  mümkündür. Becərildiyi yerdən asılı olaraq iyundan avqusta qədər çiçəkləyir. Lavanda həmçinin yaxşı balverən bitkidir. Lavanda balı dadına və faydalarına görə fərqlənir. Lavanda iqtisadi cəhətdən çox sərfəlidir, belə ki, onun becərilməsi üçün az maliyyə vəsait sərf etməklə çox böyük gəlir əldə etmək olar.

 

Lavanda qədim aromatik bitkilərdən olub, dünyanın bir çox yerlərində müxtəlif məqsədlərlə yetişdirilir. Lavanda efir yağı insan sağlamlığı üçün çox faydalıdır. Aromaterapiyada sakitləşdirici kimi lavanda yağından istifadə olunur. Lavanda (Lavandula angustifolia) efir yağı sakitləşdirici, antidepresan, antiseptik, sakitləşdirici xüsusiyyətləri ilə bütün dünyada tanınır.

 

Lavanda efir yağı geniş istifadə sahəsinə malik olan təbii yağdır. Antimikrob əleyhinə güclü vasitə sayılır. Dəridə olan sızanaq, ekzema və bir çox dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Lavanda yağı saçların uzanmasına kömək edir.

 

Aparılan elmi tədqiqat işi nəticəsində Dendrologiya İnstitutunun eksprimental təcrübə sahəsində becərilən Lavandula angustifolia növünün çiçəkləri toplanaraq laboratoriya şəraitində standart metodla qurudulmuşdur və hidrodistilliyasiya metodu ilə (Qinzberq) lavanda efir yağı alınmışdır. Alınan lavanda efir yağınn komponent tərkibi ”Kristal” 2000 M markalı qaz-maye xromatoqrafiya üsulu ilə təyin edilib.    

 

Dendrologiya İnstitutunun eksperimental təcrübə sahəsində becərilən Lavandula angustifolia növü üzərində elmi tədqiqat işləri aparılmışdır. Tədqiqat aparmaqda əsas məqsəd lavanda çiçəklərindən alınan efir yağının kimyəvi tərkibi tədqiq edilmiş və sənayenin müxtəlif sahələrində tətbiqi öyrənilib.

 

Lavanda yağı xoş ətrə malik olduğu üçün ətriyyat-kosmetika sənayesində, aromaterapiyada, tibbdə, əczaçılıqda, məişət kimyasında istifadə edilir. Aparılan elmi-tədqiqat işləri nəticəsində müəyyən olunmuşdur ki, lavanda Abşeronun quru subtropik iqlim şəraitinə uyğunlaşmışdır. Lavanda torpağa təlabkar olmayan bitkidir. Lavanda həmişəyaşıl bitki olduğu üçün park və bağların yaşıllaşdırılmasında, çiçəklərindən alınan efir yağının sənayenin müxtəlif sahələrində geniş istifadəsi məqsədəuyğundur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib