Həkim olmaq istəyən fiziki məhdudiyyətli uşağın arzusu reallaşıb 
16.10.2023 18:15

Bakı şəhər DYP İdarəsinin təşəbbüsü, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın dəstəyi ilə fiziki məhdudiyyətli, 6 yaşlı Ədalətin həkim olmaq arzusu bir günlük də olsa reallaşıb.

 

Yeni Klinikadan Aztibb.az-a bildirilib ki, "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığına həsr olunmuş tədbir zamanı Bakı şəhər DYP İdarəsinin baş inspektoru, polis moyoru Araz Əsgərlinin “Gələcəkdə nə işləmək istəyirsən?” sualına “həkim” deyə, cavab verən Ədalət üçün Yeni Klinika daxilində tur keçirilib.

 

Tur zamanı Ədalət “doktora” Yeni Klinikanın əməkdaşları bələdçilik edib.

 

Tanışlıq çərçivəsində Ədalət klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun və TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü Pərvin Əkbərovun da qəbulunda olub.

 

Məlumat üçün bildirək ki, Pərvin Əkbərov Ədalətin fizioterapiya və reabilitasiyası məqsədi ilə müvafiq prosedurlarının icra ediləcəyini də vurğulayıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər