Respublika Klinik Xəstəxanasında “Leykemiya hökm deyil” adlı tədbir keçirilib
14.10.2023 10:25
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Leykemiya hökm deyil” adlı tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, ilk olaraq tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə Yeni Klinikanın həkim-hematoloqu Sevil Cəlilova “Leykemiyanın erkən diaqnostikası və müalicəsi”, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-hematoloqu Firəngiz Nəzərli “Leykemiyalarda kimyəvi terapiya və qidalanma”, “Totem” psixologiya mərkəzinin psixoloqu Aynur İsmayılova “Xəstəlik taleyimiz deyil”, “Stimul Consalting” MMC-nin təsisçi direktoru Vüsal Mehrəliyev “Onkoloji və hematoloji xəstələr icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edə bilərmi” mövzularında təqdimatlarla çıxış ediblər.
 
Daha sonra “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin üzvü Dilşad Əzizli tərəfindən təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verilib, sosial çarx göstərilib.
 
Sonda Respublika Klinik Xəstəxanasının rəhbərliyi və tədbir təşkilatçıları təşəkkürnamə ilə təltif olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub