Maarifləndirici seminar: “Narkotik vasitələr, psixotrop maddələr və saxta dərmanlar: müasir dünyanın qlobal çağırışı” 
13.10.2023 08:35

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən müxtəlif idman federasiyalarının üzvləri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri və müəllimləri üçün “Narkotik vasitələr, psixotrop maddələr və saxta dərmanlar: müasir dünyanın qlobal çağırışı” mövzusunda maarifləndirici seminar keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından bildirilib.

 

Ölkəmizin müxtəlif idman federasiyalarının idmançılarının, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin və müəllimlərinin iştirakı ilə təşkil olunan seminarda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov və Mərkəzi Gömrük Hospitalının psixiatrı Gülay Məmmədzadə çıxış edərək psixotrop maddələrin, yeni növ sintetik narkotik vasitələrin, hallüsinogenlər və prekursorların, saxta dərmanların insan orqanizminə göstərdiyi təsirləri barədə ətraflı məlumat veriblər.

 

Seminarı giriş sözü ilə açan Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun dosenti Rəhimə Qabulova çıxışında bu cür seminarların idmançıların və gənclərin maarifləndirilməsində böyük əhəmiyyətə malik olduğunu qeyd edib və seminarın işinə uğurlar arzulayıb.

 

R.Qabulova çıxışının sonunda tədbirin keçirilməsinə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə və məruzəçilərə dərin təşəkkürünü bildirib.

 

Seminarda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı”, Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” və Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı Gülay Məmmədzadə “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər” mövzularında təqdimatla çıxış ediblər.

 

Tədbirin sonunda məruzəçilər iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Anestezioloq-reanimatoloq Emil Muradov -
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub