Bu tədris ilində Bakı Sağlamlıq Mərkəzində 45 həkim-rezident fəaliyyətə başlayıb
12.10.2023 11:20

Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə tibbi heyət arasında iclas keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, öncə tibb müəssisəsinin kollektivinə yeni qatılan həkim və həkim-rezidentlərimizlə ümumi tanışlıq olub.

Daha sonra dəaliyyət planının təkmilləşdirilməsi və problemli məsələlərin müzakirəsi aparılın.

 

Görülən işlər haqqında hesabat və yaxın gələcəkdə reallaşdıracağımız layihələr haqqında məlumat verən mərkəzin icraçı direktoru, dos. Asiman Həsənov yeni dönəmdə bütün kollektivə fəaliyyətində uğurlar arzulayıb.

 

İclasda mərkəzdə yeni fəaliyyətə başlayan Süd Vəzi Mərkəzimizin yaradılmasında qarşımıza qoyduğumuz məqsədlərdən bəhs olunub.

 

Qeyd edək ki, bu tədris ilində Bakı Sağlamlıq Mərkəzinə 45 yeni həkim-rezident gəlib, ümumilikdə tibb müəssisəsində fəaliyyət göstərən həkim-rezidentlərin sayı 108-ə çatıb.

 

İclasda, həmçinin mərkəzdə beynəlxalq təlimçi, psixoloq Xanım Həsənova tərəfindən NLP təlimi keçirilib. Bu təlimin baş tutmasında məqsəd kollektivin NLP təlimlərində iştirakını təmin etməklə ölkəmizin inkişafına töhfə verməkdir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub