Sumqayıt Uşaq Xəstəxanasında Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib
12.10.2023 10:05

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında “Heydər Əliyev İli” çərçivəsində 18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a STM-dən məlumat verilib.

 

Kollektivin iştirak etdiyi "Əbədi və sarsılmaz müstəqillik" mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Uşaq Xəstəxanasının baş həkim əvəzi Esmira Hüseynova bildirib ki, 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlayıb.

 

Qeyd olunub ki, Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərib. Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

 

Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin müdiri Sehri Babayev Ulu Öndərin istər sovet dövründə, həmçinin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə dövlətçiliyin möhkəmləndirilməsində, milli ruhun, azərbaycançılıq məfkurəsinin yüksəldilməsində xidmətlərindən bəhs edib.

 

Vurğulanıb ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

 

Təcili yardım şöbəsinin müdiri Sevil Kərimova bildirib ki, Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu irs cəmiyyətimizin hər sahəsinin inkişafında öz töhvəsini verməkdədir.

 

Tədbirdə digər çıxış edənlər - Yoluxucu xəstəliklər şöbəsinin böyük tibb bacısı Tünzalə Babayeva və Travmatologiya şöbəsinin böyük tibb bacısı Nuridə Məhərrəmova bildiriblər ki, Ümummilli Liderin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır.



Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub