Azərbaycanın səhiyyə naziri Özbəkistana səfər edib
11.10.2023 10:09

Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası keçirilir.


Səfər çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə yaradılmış Heydər Əliyev Meydanını və burada ucaldılmış böyük memorial kompleksi ziyarət ediblər. Nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyub, xalqımızın Ümummilli Liderinin əziz xatirəsi ehtiramla yad edilib. 

 

Bu barədə məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.

 

Sonra nümayəndə heyəti Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyində olub.

 

Səhiyyə dekadası çərçivəsində Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovun Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ikitərəfli görüşü keçirilib.


Görüşdə qardaş ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri dövlətlərarası dostluğun bariz nümunəsidir.

 

Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan Özbəkistan-Azərbaycan səhiyyə dekadası çərçivəsində oktyabrın 11-də Özbəkistan-Azərbaycan səhiyyə forumu keçiriləcək. Forum ikitərəfli əməkdaşlığın dərinləşməsi ilə yanaşı, səhiyyə sahəsində təcrübə mübadilələrinin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığın stimullaşdırılması, bu sahəyə əlavə investisiyaların cəlb edilməsi üçün geniş imkanlar yaradacaq. Dekada çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin özbəkistanlı həmkarları ilə birgə keçirdikləri cərrahi əməliyyatlar, müayinə və müalicə prosedurları yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu tədbir qarşılıqlı əməkdaşlığı yeni müstəviyə keçirməklə, hər iki ölkənin həkimlərinin praktiki biliklərin artırılması və əhalinin sağlamlığının qorunmasında yeni imkanlar yaradacaq.

Görüş zamanı, həmçinin digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.


Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti səhiyyə dekadası çərçivəsində Akademik V.Vahidov adına Respublika İxtisaslaşdırılmış Elmi-Praktiki Cərrahiyyə Mərkəzində olub. Burada Teymur Musayev səhiyyə dekadası çərçivəsində birgə əməliyyat olunan vətəndaşlar və Azərbaycandan gələn həkimlərlə görüş keçirib.

 

Görüşdə qeyd edilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən səhiyyə dekadası çərçivəsində Özbəkistanın müxtəlif regionlarında yaşayan əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə 100-dən çox birgə cərrahiyyə əməliyyatları icra edilib və müayinələr aparılıb.

 
 
Tibbi prosedurlar neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya və oftalmologiya, ağır rekonstruktiv əməliyyatlar kimi sahələri əhatə edib.

Eyni zamanda, Respublika İxtisaslaşmış Göz Mikrocərrahiyyə Mərkəzi, Milli Uşaq Tibb Mərkəzi, Elmi-Praktik Travmatologiya və Ortopediya Mərkəzi və M-klinika ilə tanışlıq baş tutub.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır