Lənkəranda klinik və ictimai səhiyyə laboratoriyalarının heyəti üçün biotəhlükəsizlik üzrə seminar keçirilib
11.10.2023 09:47
ÜST-nin Səhiyyədə Fövqəladə Hallar üzrə Cənubi Qafqaz Mərkəzinin laboratoriya mütəxəssisi ilə birgə Lənkəran şəhərində fəaliyyət göstərən klinik və ictimai səhiyyə laboratoriyalarının heyəti üçün biotəhlükəsizlik üzrə növbəti seminar təşkil edilib.
 
Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən bildirilib.
 
Seminar biorisklərin qiymətləndirilməsi və azaldılması tədbirləri, biotəhlükəsizlik standartı əməliyyat prosedurlarının işlənib hazırlanması və istifadəyə verilməsi, biotəhlükəsizlik üzrə kabinetlərin saxlanması, müxtəlif biotəhlükəsizlik səviyyələrinə aid laboratoriya qurğuları üçün tərtibat, təhlükəsizliklə bağlı təcrübə, biotəhlükəsizliyi idarəetmə proqramları, yoluxucu/təhlükəli maddələrin təhlükəsiz idarə olunması və daşınması kimi sözügedən sahənin müxtəlif aspektlərini əhatə edib.
 
Bununla yanaşı, seminar iştirakçılarına beynəlxalq standartlara uyğun təhlükəsizlik yoxlamaları və auditlərin aparılması barədə təlim keçirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev