Psixi sağlamlıq insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi ilə xarakterizə olunur
10.10.2023 13:18

1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.

 

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin həkim-psixiatrı Leyla Mustafayeva Aztibb.az-a bildirib ki, psixi sağlamlıq insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması xarakterizə olunur.

 

Həkim qeyd edib ki, psixi sağlamlıq fiziki sağlamlıq kimi bir çox faktorun təsiri ilə pozula bilər. Psixi sağlamlıq insanın özünə və ətrafindakı insanlara olan munasibətdə, ümumilikdə bütün həyatı boyu muxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətdə özünu biruzə verir.

 

Onun sözlərinə görə, psixi sağlamlığa təsir edən amillər anadangəlmə, genetik amillər, qazanılmış həyat təcrübəsi, emosional zərərlər, maddələrdən sui-istifadə və s.-dir.

 

L.Mustafayeva bildirib ki, fiziki sağlamlığın pozulduğu müşahidə etmək asan olduğu halda, psixi sağlamlıq normaları haqqında məlumat az olduğuna görə xəstəliyin fərqində olmaq çox vaxt ala bilər: "Günümüzdə həyat çətinlikləri nəzərə alınarsa fiziki sağlamlıq qədər psixi sağlamlığın da sürətlə pozulduğu görülməkdədir. Psixi sağlamlıq həm insanın firavanlığının, həm də cəmiyyətin effektiv fəaliyyətinin əsasıdır. Psixi sağlamlıq həm insanın firavanlığının, həm də cəmiyyətin effektiv fəaliyyətinin əsasıdır".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib