İkinci Qarabağ müharibəsi veteranı Füzuli Abışov Mərkəzi Gömrük Hospitalında işə başlayıb
10.10.2023 12:13
Mərkəzi Gömrük Hospitalının komandasına daha bir həkim qoşulub.
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, Füzuli Abışov tibb müəssisəsinin Təcili Tibbi Yardım şöbəsinin təcili tibbi yardım həkimi vəzifəsinə təyinat alıb.
 
Füzuli Abışov 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2020-ci ildən Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda anesteziologiya-reanimatologiya ixtisası üzrə təkmilləşdirmə kursları keçib.
 
O, 2008-2021-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssislərində fəaliyyət göstərib. 2019-cu ildə Almaniya Federativ Respublikasının Küps şəhərində keçirilən “Deutsch B2 Medizin”, 2021-ci ildə Bakıda keçirilən “Basic Offshore Safety İnduction and Emergency Training (İncluding EBS)” və 2023-cü ildə Bakı şəhərində keçirilən “Advanced Cardiovascular Life Support” adlı təlimlərdə iştirak edib.
 
Füzuli Abışov İkinci Qarabağ müharibəsi veteranıdır. “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır