Hipofibrinogenemiya diaqnozu qoyulan hamilə qadın övladına qovuşub
10.10.2023 08:38
Pasiyent Günel Nuriyeva hamiləliyin 6-cı ayında TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət edib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, pasiyent Poliklinika şöbəsində həkim-hematoloq Firəngiz Nəzərli tərəfindən müayinə edilib və ona hipofibrinogenemiya (faktor I defisiti) diaqnozu qoyulub. Xəstə Hamiləliyin patologiya şöbəsində həkim-hematoloq Mina Adıgözəlova və mama-ginekoloq Gülnur Xudiyevanın birgə təqibi ilə təbii doğuş olub, doğuş qanaxmasız nəticələnib.
 
Qeyd edək ki, hipofibrinogenemiya nadir laxtalanma faktor çatışmazlıqlarından biridir, qanda fibrinogenin, yəni I faktorun defisiti ilə xarakterizə olunur. Hipofibrinogenemiya zamanı fibrinogenin miqdarı <1.5 g/l olur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib