“Azərsutikinti” xəstəxanasının baş həkimi vəfat edib
09.10.2023 11:17
Nizami Tibb Mərkəzinin strukturuna daxil olan “Azərsutikinti” xəstəxanasının direktor müavini, baş həkim Elman Mirzəyev vəfat edib.
 
Bu barədə Aztibb.az-a Mərkəzdən bildirilib.
 
Qeyd olunub ki, Elman Mirzəyev 1970-1976-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlər İnstitutunda İctimai səhiyyədə fövqəladə halların idarə edilməsi üzrə təkmilləşdirmə kursu keçib və müxtəlif vəzifələrdə çalışıb. O, 12 nömrəli Birləşmiş şəhər xəstəxanasında həkim-terapevt, Suhövzə poliklinikasında baş həkim işləyib. Daha sonra “Azərsutikinti” xəstəxanasında baş həkim kimi fəaliyyət göstərirdi.
 
Elman Mirzəyev Nizami Tibb Mərkəzində çalışdığı dövrdə nümunəvi davranışı və səmərəli fəaliyyəti ilə seçilib.
 
Nizami Tibb Mərkəzinin rəhbərliyi və kollektivi mərhumun ailəsinə başsağlığı verir.
 
Allah rəhmət etsin!
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır