Beynəlxalq konfransa təlim kursları ilə start verilib
09.10.2023 11:09

Oktyabrın 7-10-da Azərbaycan Tibb Universitetində (ATU) tibb təhsili üzrə beynəlxalq konfrans (International Conference on Medical Education – ICME) keçirilir.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

ATU və Pakistanın Rifah Beynəlxalq Universitetinin (RIU) birgə təşkilatçılığı ilə reallaşan konfransın rəsmi açılışından öncə dünyanın müxtəlif ölkələrinin alim və ekspertlərinin iştirakı ilə universitetin tədris korpuslarında təlim kursları keçirilir.

 

Elmi hissəsinin tibb və elm üzrə koordinatoru Sevil Əsədova bildirib ki, Pakistanın Rifah Beynəlxalq Universiteti tibb təhsili üzrə təlimlərə öz ölkələrində çoxdan başlayıblar. Artıq həmin layihə çərçivəsində dünyanın müxtəlif ölkələrdə də iki ildən bir tibb təhsilinin aktual problemlərinə həsr olunmuş təlimlər keçirlər. Bu il isə Azərbaycan Tibb Universitetini seçiblər.

 

Sevil Əsədovanın sözlərinə görə, beynəlxalq konfransa Pakistan, Birləşmiş Ərəb Əmirliyi, Qatar, Böyük Britaniya, ABŞ, Meksika və İran daxil olmaqla, ümumilikdə 20 ölkədən məruzəçilər gəlib. Tibb təhsili üzrə Dünya Fedarasiyasının Prezidenti də konfransda məruzə ilə çıxış edəcək.

 

O, tibb təhsilinin bir ixtisas və elm kimi bizdə təzə formalaşdığını söyləyərək, bu cür təlimlərin xüsusi önəmini vurğulayıb. Eyni zamanda, tibbin tədrisində əsas bacarıqların aşılanmasının yeni müəllimlər, doktorantlar, o cümlədən tibb tələbələri üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

 

Təlimlərin əsas məqsədi tibb təhsili üzrə ekspertlər və pedaqoqları bir araya gətirməklə, bu sahədəki son yenilikləri və standartları müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə beynəlxalq platforma yaratmaqdan ibarətdir.

 

Qeyd edək ki, iki günlük təlimlərdə tədris zamanı süni intellektdən istifadə edilməsi, tədrisdə liderlik, elmi tədqiqatların necə aparılması, tələbələrin qiymətləndirilməsində yeniliklər və impakt faktorlu jurnallarda məqalənin qəbul prosesinə dair maraqlı məruzələr nəzərdə tutulub. Bütün təlimlər ingilis dilində və interaktiv şəraitdə aparılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev