Sumqayıt Tibb Mərkəzi tərəfindən orta ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər keçirilir
07.10.2023 14:37

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi (STM) orta ümumtəhsil məktəblərində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirir.

 

STM-dən Aztibb.az-a bildirilib ki, növbəti belə tədbir Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə və "Təfəkkür" liseyində "Profilaktik peyvəndlər" və "Kəskin respirator xəstəliklər" mövzularında keçirilib.

 

4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi, pediatrları Sevinc Abdullayeva, Nəsibə Fərhadova, Zəminə Sadıqova və Sevinc Hüseynova uşaqlarda profilaktik peyvəndin əhəmiyyəti ilə bağlı, eləcə də kəskin respirator xəstəliklər və onlardan qorunmaq yolları haqqında valideynlərə ətraflı məlumat verib.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirlərdə valideynləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, bu kimi tədbirlərin əsas məqsədi bir çox infeksion xəstəliklərdən qorunmaqda ən effektiv vasitə olan peyvəndlərlə bağlı insanları maarifləndirmək, uşaqların və gələcəyimizin təhlükəsizliyini təmin etməkdir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər