Naftalanda "İnsultun reabilitasiyası və elektrostimulyasiya üzrə I regional təlim" keçirilib
07.10.2023 09:48

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkilatçılığı ilə Naftalanda "İnsultun reabilitasiyası və elektrostimulyasiya üzrə I regional təlim" keçirilib.

 

Bu barədə Aztibb.az-a Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundan xəbər verilib.

 

Təlimin məqsədi insultlu xəstələrin reabilitasiyasının təşkili, bu sahədə olan elmi və yeniliklərin praktik həkimlərə çatdırılması olub. Problemin müxtəlif sahələrinə həsr olunmuş məruzələr təqdim olunub.

 

Tədbirdə insultlu xəstələrdə udma pozuntularının müalicəsi haqqında Avropada təlim keçmiş həkimlər öz biliklərini paylaşıblar. Eyni zamanda, insultlu xəstələrin reabilitasiyasında mühüm yer tutan elektrostimulyasiya növləri ilə bağlı təlimlər keçirilib.

 

Təlimdə açılış nitqi ilə Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, prof. Sədaqət Hüseynova çıxış edib. O, təlimin mahiyyəti haqqında məlumat verib. Daha sonra "İnsultlu xəstələrin müalicəsində müasir yanaşmalar" mövzusu ilə çıxış edib.

 

Təlimə Azərbaycanın müxtəlif bölgələrindən həkimlər (nevroloq, reabilitoloq, fizioterapevtlər, ailə həkimləri, orta tibb işçiləri) qatılıblar.

 

İştirakçılar sertifikatlarla, davamlı tibbi təhsil(DTT) kredit balları ilə təltif olunublar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər