“Sağlam gənclik - sağlam gələcək!” devizi altında tədbir keçirilib
05.10.2023 10:18

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən Xəzər Gənclər Evində “Sağlam gənclik - sağlam gələcək!” devizi altında tədbir keçirilib.

 

Bu məlumat Aztibb.az-a “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyindən verilib.

 

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.

 

Giriş sözü ilə çıxış edən Xəzər Gənclər Evinin nümayəndəsi Pərvin Şirvanı “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi işin əhəmiyyətini vurğulayıb.

 

Daha sonra İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Gənclər və İdman Nazirliyinə və Xəzər Gənclər Evinin işçi heyətinə minnətdarlığını bildirib. O, layihədən danışarkən qeyd edib ki, qlobal çağırışlar təhlükəli yoluxucu xəstəliklərlə mübarizədə qüvvələri səfərbər edərək yeni yoluxmaların sayını və ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmağa yönəlibdir. Bu xəstəliklərin erkən müayinə və müalicəsinə nail olmaq əsas hədəf kimi qeyd olunub.  Bu hədəflərə çatmaq üçün qlobal strategiya proqramında vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyəti xüsusilə vurğulanıb. Ziba Nəbiyeva bu baxımdan rəhbərlik etdiyi təşkilatın dövlətimizin yoluxucu xəstəliklərlə mübarizədə sosial yönümlü siyasətinə dəstək olaraq vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi istiqamətində adı çəkilən layihəni icra etdiyini söyləyib.

 

“Qabaqlayıcı profilaktik tədbirlərin keçirilməsi və müvafiq maarifləndirmənin aparılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Gənclərimizin zamanında məlumatlara əlçatanlığını təmin etməklə onların sağlam yetişməsinə töhfə vermiş oluruq. Bugünkü tədbirimizin də əsas məqsədi gənclərimizi sağlam gələcəkləri naminə viral hepatitlər, vərəm və QİÇS kimi xəstəliklərdən qorumaq üçün onlara zəruri bilgilərin ötürülməsidir”, – deyə Ziba Nəbiyeva bildirib.

 

Layihə rəhbəri daha sonra elektron təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər, eləcə də icbari tibbi sığorta xidmətlərindən istifadə qaydaları barədə məlumatlar və tövsiyələr verib.

 

Tədbirdə həkim-ekspert Samirə Muxtarova vərəm xəstəliyi barədə təqdimatı tədbir iştirakçılarının diqqətinə  çatdırıb. O, hava-damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə danışıb. Vərəmin sağalan xəstəlik olduğunu və zamanında aşkarlanıb müalicəyə cəlb olunmasının önəmini qeyd edib.

 

Samirə Muxtarova bildirib ki, vərəm xəstəsinin müalicəsini yarımçıq dayandırması həm xəstənin özünə, həm də ətrafındakılara vurduğu ən böyük zərbədir. Bu, müalicəsi mümkün olmayan vərəm formalarının yaranmasına gətirib çıxarır.  

 

İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

Tədbirin sonunda gənclərə viral hepatitlər barədə bukletlər, vərəm xəstəliyi və icbari tibbi sığortayla bağlı məlumatlandırıcı kitabçalar paylanılıb.

 

Həmçinin “Veysəloğlu Distribusiya” şirkətinin şəxsi gigiyena və təmizlik üzrə “Colgate-Palmolive” və “Dex”  markalarının dəstəyi ilə tədbir iştirakçılarına gigiyenik vasitələr – diş fırçaları, quru və maye sabunlar verilib.

 

Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək məqsədilə Xəzər Gənclər Evinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi və “Əllərinizi yuyun” adlı A3 ölçüdə stikerlər də təqdim olunub.

 

Ümumilikdə, dörd aylıq layihə çərçivəsində Binəqədi Gənclər Evi, Qaradağ Gənclər Evi və Xəzər Gənclər Evində keçirilən maarifləndirici tədbirlərdən 120 nəfərdən çox gənc bəhrələnib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır