"Ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta sistemi dünyadakı ən mütərəqqi icbari tibbi sığorta sistemləri ilə müqayisə oluna bilər " - Kamran Musayev 
05.10.2023 15:07

Mərkəzi Klinikanın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayev icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında əhəmiyyətindən danışıb.

 

Aztibb.az-ın xəbərinə görə, o, ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta sisteminin dünyadakı ən mütərəqqi icbari tibbi sığorta sistemləri ilə müqayisə oluna biləcəyini bildirib. 

 

"İcbari tibbi sığortadan hər bir Azərbaycan vətəndaşı yararlana bilər", - deyən professor Kamran Musayev bu sistemin geniş diapazonlu xəstəlikləri əhatə etdiyini vurğulayıb.

 

Kamran Musayev ürək-damar xəstəliklərinin dünyada ölümlə nəticələnən və əlilliyə səbəb olan xəstəliklər arasında birinci yerdə dayandığını söyləyərək, bu xəstəliklərin müayinə və müalicəsinin də kifayət qədər bahalı olduğunu diqqətə çatdırıb.

 

O, ölkəmizdə tətbiq olunan icbari tibbi sığortanın kardioloji xəstəlikləri də əhatə etdiyini və bu gün keyfiyyətli xidmətin bütün Azərbaycan vətəndaşları üçün əlçatan olduğunu vurğulayıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Pediatr Afət Əsgərova: