"Məhv olmuş ömür. Narkotikə YOX de!" filminin təqdimatı olub 
04.10.2023 16:57

Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində eyniadlı qısametrajlı filmin təqdimatı keçirilib

 

Aztibb.az-ın xəbərinə görə, tədbiri layihənin rəhbəri Kənan Qubadzadə açaraq ictimaiyyətə təqdim olunan qısametrajlı filmin məqsədinin cəmiyyətin narkomaniya bəlasından qorunması yönündə maarifləndirmək olduğunu bildirib. Qeyd edib ki, film mətbuat və televiziyalarda yayımlanacaq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır.

 

Sonra Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyev, Azərbaycan Milli Məclisin deputatları Müşfiq Cəfərov, Vüqar İsgəndərov, İlham Məmmədov, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Kamran Mayılov və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili çıxış edərək bildiriblər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.

 

Diqqətə çatdırılıb ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Lakin atılan addımlara baxmayaraq, bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən narkomaniya gənc nəsilin həyat və fəaliyyətinə ciddi təsir göstərir. Bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı ümbarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib. Bu baxımdan, narkomaniyaya qarşı mübarizə qısametrajlı filmlər vasitəsilə gənclər arasında yayılsa daha effektli ola bilər.

 

Tədbir çərçivəsində “Narkomaniya və digər pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə işinə göstərdiyi diqqətə görə” AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, prorektor Orxan Naqdiyev və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili Narkotizmlə Mübarizə İctimai Birliyi tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib