ATU əməkdaşı Türkiyə Elektron Mikroskopiya Konqresində iştirak edib  
05.10.2023 08:54

ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Aygün Əliyarbəyova qardaş Türkiyə Respublikasında Cümhuriyyət quruluşunun 100 illiyinə həsr olunmuş 26-cı Beynəlxalq Türkiyə Elektron Mikroskopiya Konqresində iştirak edib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Tədbirdə həm Türkiyə, həm də digər ölkələrdən mikroskopiya sahəsində tanınmış mütəxəssislər iştirak ediblər.

 

1971-ci ildə professor Türkan Erbenginin başçılığı ilə əsası qoyulan Türk Elektron Mikroskopiya Dərnəyinin təşkil etdiyi bu konqresdə 300-ə yaxın tezis qəbul olunub.

 

Dünyaya meydan oxumuş COVID-19 pandemiyası dövründən ağciyər xəstəlikləri və onun patogenezində iştirak edən faktorlar həm ölkəmizdə, həm də xaricdə aparılan elmi-tədqiqat işlərində əsas istiqamət kimi dəqiqliklə öyrənilməkdədir.

 

Konqresdə “Makrofaq miqrasiyası inhibitor faktoru (MIF) təsirindən ağciyərlərin strukturunda və MİF ekspressiyasında baş verən dəyişikliklər” mövzusunda məruzə ilə çıxış edən A.Əliyarbəyova əldə etdiyi məlumat və nəticələri bölüşüb. O, iştirakçıları makrofaq miqrasiyası inhibitor faktorunun bir sıra xəstəliklərin patogenezində olan rolu və təsiri haqqında məlumatlandırıb, onun ağciyərlərin struktur elementlərində törətdiyi morfoloji dəyişikliklərin nəticələrini təqdim edib.

 

Bundan başqa, A.Əliyarbəyova Eskişehir Texnik Universiteti və Anadolu Universitetində təşkil olunmuş kurslarda iştirak edərək, sertifikatlarla təltif olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib