İcbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib  
21.10.2020 17:33

"Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiqlənib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, qaydaya əsasən, icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotu fərdi identifikasiya nömrəsinə (FİN) əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya sistemində aparılır.

 

Fərdi uçot icbari tibbi sığorta üzrə hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Sığortaolunan isə sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslərdir. Sığortaolunanların fərdi uçotu Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə Agentliyin elektron informasiya sisteminə ötürülməsi yolu ilə həyata keçirilir.

 

Sığortaolunanın fərdi uçot məlumatlarına əlçatanlığının təmin edilməsi məqsədilə Agentlik sığortaolunanın fərdi şəxsi hesabını yaradır və Vahid Giriş Sistemi (“Asan Login”) vasitəsilə şəxsi hesaba giriş imkanlarını təmin edir.

 

Fərdi uçotun aparılması zamanı sığortaolunana dair şəxsiyyətini təsdiq edən sənədin tipi, seriyası, nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), vətəndaşlığı, adı, soyadı, atasının adı, doğulduğu tarix, cinsi, qan qrupu, yaşadığı ünvan, işlədiyi müəssisənin ünvanı, işçinin işə başlama tarixi, işçinin işdən çıxma tarixi, pensiyaçının məşğulluq vəziyyəti, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), qeydiyyat ünvanı, fəaliyyət ünvanı, ananın fərdi identifikasiya nömrəsi (FİN), ölüm tarixi, ölüm haqqında sənədin verilməsi tarixi, doğuşun baş verdiyi tarix kimi məlumatlar toplanılır.

 

Fərdi uçot hər bir şəxsin sığortaolunan kimi indentifikasiyası və icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən istifadə hüququnun təmin edilməsi məqsədilə aparılır. Sığortaolunanların fərdi məlumatları əsasında onlara dair ödənilmiş və hesablanmış sığorta haqları, sığorta ödənişlərinin məbləğləri, ödənilməli olan sığorta haqları, icbari tibbi sığorta şəhadətnaməsi barədə məlumat fərdi şəxsi hesablarında toplanılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub