Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tədbir: “Leykemiya hökm deyil!” 
02.10.2023 14:05
TƏBİB, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin birgə layihəsi çərçivəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “Leykemiya hökm deyil!” adlı tədbir keçirilib.
 
Bu barədə Aztibb.az-a Lənkəran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
 
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Giriş sözü ilə çıxış edən mərkəzin direktoru Mehriban Bağırova bildirib ki, tibb elmi ölkəmizdə inkişaf etdiyindən qan xərçəngindən əziyyət çəkən insanlar vaxtında tibb müəssisələrinə müraciət edərək adekvat müalicə alır və sağlamlıqlarına qovuşurlar. Qeyd edib ki, pasiyentlerin sağalmasında yüksək nəticələri nəzərə alıb, bu barədə əhali arasında düzgün məlumatlandırma kampaniyası təşkil etmək, Azərbaycanda qan xərçəngi (leykemiya) haqqında yanlış stereotiplərin aradan qaldırılması üçün aksiyalar, maarifləndirici seminarlar, sosial çarxların çəkilişi kimi müxtəlif səpkidə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.
 
Tədbirdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-hematoloqu Firəngiz Nəzərli “Leykemiyalarda kimyəvi terapiya və qidalanma”, Totem Psixologiya Mərkəzinin psixoloqu Aynur İsmayılova “Xəstəlik taleyimiz deyil” mövzusunda təqdimatlarla çıxış ediblər.
 
Marifləndirici tədbirdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri və leykemiyalı xəstələrin valideynlərinin iştirak təmin olunub.
 
Sonda “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin üzvü Dilşad Əzizli təşkilatın gördüyü işlər haqqında məlumat verib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır