Abşeron Rayon Mərkəzi Xəstəxanasında patronaj xidmətinin yeni modeli ilə bağlı təlim keçirilib
02.10.2023 12:54
Abşeron Rayon Mərkəzi Xəstəxanasında patronaj xidmətinin yeni modeli ilə bağlı təlim keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, tədbirdə Abşeron RMX-nın nəzdindəki ailə sağlamlıq mərkəzlərində fəaliyyət göstərən bölmə müdirləri, pediatrlar, tibb bacıları və mamalar iştirak ediblər.
 
"Patronaj xidmətinin universal və proqressiv modelinin tətbiqi, hesabatlılığının aparılması, qiymətləndirmə alətlərinin tətbiqi qaydaları" mövzusunda baş tutan təlimdə çıxış edən Abşeron RMX-nın İlkin səhiyyə xidməti üzrə şöbənin müdiri Faris Musayev yeni patronaj xidməti modelində tibb bacılarının təkmilləşmiş rolunun əhəmiyyəti barədə danışıb.
 
Daha sonra Xırdalan ASM-nin bölmə müdiri Samirə Muxtarova və Mehdiabad ASM-nin bölmə müdiri Qənitə İsmayılova yeni qiymətləndirmə alətlərinin tətbiqi ilə məlumatların toplanma və hesabatlılığı haqqında çıxış ediblər.
 
Sonda təlimdə inkişafın dəstəklənməsi və izlənməsi üzrə beynəlxalq rəhbərlik üzrə qeydiyyat aparılması qaydaları müzakirə olunub.
 
Qeyd edək ki, təlimlərin aparılmasının silsilə şəklində davam etdirilməsi nəzərdə tutulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır