Rəşad Mahmudov beynəlxalq konfransda "Onkoloji xəstələrdə ürəyin işemik xəstəliyinə müasir yanaşma” mövzusunda təqdimatla çıxış edib
02.10.2023 11:20
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “II Beynəlxalq onko-qastro-hepatologiya” adlı konfransda “Onkoloji xəstələrdə ürəyin işemik xəstəliyinə müasir yanaşma” mövzusunda təqdimatla çıxış edib.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından bildirilib.
 
Milli Onkologiya Mərkəzi, Azərbaycan Qastroenteroloq və Hepatoloqlar İctimai Birliyi və Azərbaycan Onkoloqlar Cəmiyyəti tərəfindən birgə təşkil edilmiş konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş film nümayiş olunub.
 
Konfransda Azərbaycan nümayəndələri ilə yanaşı, Türkiyə, Pakistan, Misir, Hindistan, Yaponiya, Özbəkistandan olan mütəxəssislər də iştirak ediblər. Konfrans çərçivəsində mütəxəssislər qastrointestinal və qaraciyər xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını əhatə edəcək mövzularla çıxış ediblər.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır