Bu gün Beynəlxalq Həkimlər Günüdür
02.10.2023 09:53

Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Bu dəfə həmin gün oktyabrın 3-ə təsadüf edir.

 

Aztibb.az xəbər verir ki, Beynəlxalq Həkimlər Günü dünya həkimlərinin həmrəylik və aktiv fəaliyyətlər günü hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Sərhədsiz Həkimlər Beynəlxalq Tibbi-humanitar Təşkilatı bu bayramın təşəbbüskarlarıdır.

 

Bu peşə bayramında seminarların, sərgilərin və təqdimatların keçirilməsi planlanır. Həkimlik çətin və məsuliyyətli olub, hələ qədimdən çox dəyərləndirilən, hörmətlə yanaşılan və hər zaman ehtiyac duyulan peşələrdəndir. Hər il "Sərhədsiz həkimlər"in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparır. Hər il "Sərhədsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib