Elmi-praktik konfrans: “Kardiologiyada komorbid hallarda nə etməli? - Debat müzakirə”
30.09.2023 19:01

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən Ümumdünya Ürək Gününə həsr edilmiş “Kardiologiyada komorbid hallarda nə etməli? - Debat müzakirə” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a ETKİ-dən məlumat verilib.

 

Tədbirdə millət vəkilləri, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Azərbaycan və Türkiyənin tanınmış elm adamları və “ETKİ könüllüləri” iştirak ediblər.

 

İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra tədbir iştirakçılarına ETKİ-nin “Ürəyinizi qoruyun” layihəsi çərçivəsində hazırlanmış videoçarx nümayiş olunub.

 

ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edərək Heydər Əliyevin təşəbbüsü ilə görülən mühüm işlərdən bəhs edib.

 

Tədbir haqqında məlumat verən ETKİ-nin direktoru konfransın ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib.

 

Digər çıxışçılar Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb və konfransın əhəmiyyəti haqqında məlumat veriblər.

 

300-ə yaxın həkimin iştirakı ilə keçirilən konfransda tibdə yeni istiqamət - kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır