"Arterial hipertenziyanın idarə olunmasında yeni üfüqlər” adlı tədbir keçirilib
30.09.2023 15:48

TƏBİB-in dəstəyi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının və “Servier” şirkətinin birgə təşkilatçılığı ilə Dünya Ürək Gününə həsr edilən “Avropa Kardiologiya Cəmiyyətinin Konqresi 2023: Arterial hipertenziyanın idarə olunmasında yeni üfüqlər” adlı tədbir keçirilib.

 

Aztibb.az bu məlumatı Respublika Klinik Xəstəxanasının feysbuk səhifəsinə istinadla bildirir.

 

Tədbirdə Respublika Klinik Xəstəxanasının həkim kollektivi, Bakı Baş Səhiyyə Mərkəzi tabeliyində olan tibb müəsssisələrinin həkim-terapevt və kardioloqları iştirak ediblər.

 

Tədbirin açılışında Respublika Klinik Xəstəxanasının direktor müavini Mahir Babayev açılış nitqi ilə çıxış edib.

 

Bildirilib ki, bu kimi tədbirlərin keçirilməsi Respublika Klinik Xəstəxanasının və digər müəssisələrdə çalışan həkimlərin müxtəlif xəstəliklərin müasir diaqnostikası və müalicə üsulları istiqamətində fikir mübadiləsinin aparılması baxımından olduqca zəruridir.

 

Daha sonra Kardiologiya şöbəsinin müdiri Fərqanə Mahmudova ürək-damar xəstəliklərinin günündə təşkil olunan tədbirin əhəmiyyətini vurğulayıb.

 

Respublika Klinik Xəstəxanasının həkim-kardioloqu Mehriban İsgəndər arterial hipertenziyanın idarə olunması ilə bağlı ən son məlumatları auditoriyanın diqqətinə çatdırıb.

 

Tədbirin sonunda maraq doğuran müxtəlif suallara aydınlıq gətirilib.



Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev