Naxçıvanda "Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" adlı beynəlxalq konfrans keçirilib
30.09.2023 11:54

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Naxçıvan Baş Gömrük İdarəsinin və Naxçıvan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Naxçıvanda "Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata gör, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi insanın xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib, iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

 

Tədbirdə Dövlət Himni səsləndikdən sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Konfransın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyev mürəkkəb geosiyasi şəraitdə, siyasi formasiyaların dəyişdiyi bir mərhələdə xilaskarlıq missiyasını öz üzərinə götürərək ölkəmizin müsətqilliyini təmin etdi və onu beynəlxalq birliyin etibarlı üzvlərindən birinə çevirdi.

 

Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə komitəsinin sədri Hicran Hüseynova, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Müşahidə Şurasının sədri Ləman İbrahimova, Naxçıvan Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış ediblər.

 

Çıxışlarda Ümummili Lider Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısındakı müstəsna xidmətlərindən, tibb sahəsinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edilib, həmçinin konfransın əhəmiyyətini xüsusi vurğulanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev