Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşərək torpaqlarımızı düşməndən azad etmişdir
27.09.2023 16:40

Mərkəzi Gömrük Hospitalında 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

 

Hospitaldan Aztibb.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Anım tədbirində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıqdan və fədakarlıqdan danışıb. Bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşərək 30 ilə yaxın bir müddət ərzində erməni işğalı altında olan torpaqlarımızı düşməndən azad etmişdir. C.Məmmədov qeyd edib ki, şəhid ailələrinə, qazilərə dayaq olmaq bizim müqəddəs borcumuzdur və biz hər zaman onlara yardım etməyə hazırıq.

 

Daha sonra İkinci Qarabağ müharibəsi iştirakçısı, Mərkəzi Gömrük Hospitalı Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynov çıxış edərək müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova təşəkkür edib, 44 günlük müharibə dövründə Gəncə hospitalında xidmətindən danışıb.

 

Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev isə çıxışında qeyd edib ki, İkinci Qarabağ müharibəsi və hazırda baş verən hadisələr bütün dünyaya Azərbaycan xalqının həm necə döyüşkən xalq olduğunu, həm də hansı insani keyfiyyətlərə malik olduğunu bir daha sübut etdi.

 

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək Vətən müharibəsində qələbə qazanmışdır.

 

Bu qələbənin qazanılması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini Azərbaycan xalqı hər zaman ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin!

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır