AQTA sədri ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı ilə görüşüb
27.09.2023 14:41

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı ilə görüşüb.

 

Görüşdə Agentliklə ÜST arasında əməkdaşlığın perspektivləri, birgə həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

AQTA-dan Aztibb.az-a verilən məlumata görə, müzakirələr zamanı bu il sentyabrın 14-15-də Bakıda “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Kodeks Alimentarius Komissiyası və AQTA-nın birgə təşkilatçılığı ilə “Qida standartları həyatları xilas edir” mövzusunda agentliyin 5 illiyinə və Kodeksin 60 illiyinə həsr olunmuş tədbirin uğurla keçirildiyi məmnunluqla qeyd olunub. Tədbirdə iştiraka görə H.Harmancıya təşəkkür edilib, ÜST ilə birgə əməkdaşlıq çərçivəsində icra olunacaq layihələrin əhəmiyyətinə toxunulub.

 

AQTA sədri görüş zamanı əhali arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər barədə ÜST-nin nümayəndəsini məlumatlandırıb. Birgə əməkdaşlığın genişləndirilməsi sahəsində səyləri artırmağın vacibliyi qeyd olunub.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb