“SMA hər yönü ilə” adlı tədbir keçirilib
27.09.2023 12:36

Azərbaycan Pediatriya Cəmiyyəti və “SMA xəstələrinə yardım” İctimai Birliyinin birgə təşəbbüsü ilə “SMA hər yönü ilə” adlı iki hissədən ibarət tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Tədbirin məqsədi ölkəmizdə SMA (Spinal Muskulyar Atrofiya) xəstələrinin mövcud vəziyyəti ilə tanışlıq, yaşadıqları çətinliklər və gələcəkdə atıla biləcək addımların dövlət rəsmiləri ilə birgə dəyirmi masa ətrafında müzakirəsi olub.

 

Tədbirdə Səhiyyə Nazirliyi, həmçinin digər aidiyyəti dövlət qurumlarının rəhbər heyəti, Ümumdünya Səhiyyə Təşkilatının və bir sıra digər təsisatların nümayəndələri iştirak ediblər.

 

İlk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra  Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov çıxış edərək SMA xəstəliyinin yaranması və müalicə üsulları barədə çıxış edib.

 

“SMA xəstələrinə yardım” İctimai Birliyinin sədri Səməd Həsənli isə ölkəmizdəki mövcud vəziyyət və SMA xəstələrinin yaşadığı çətinliklər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

 

Tədbirdə, həmçinin xaricdən dəvət edilmiş mütəxəssis Nino Nana Tatasvili bu sahədə beynəlxalq təcrübəsini bölüşüb.

 

Çıxışlar bitdikdən sonra dövlət rəsmiləri ilə mövcüd vəziyyət və atıla biləcək addımlarla bağlı fikir mübadiləsi aparılıb.

 

Tədbirin ikinci hissəsi həkimlər üçün elmi-praktiki konfransla yekunlaşıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub