Sumqayıtda “Zəfərə aparan yol” adlı tədbir təşkil olunub
27.09.2023 11:44
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzində (STM) 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərə aparan yol” adlı tədbir keçirilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, STM-in nəzdində olan tibb müəssilərində çalışan şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbir Vətən uğrunda canlarını fəda etmiş igid oğulların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb.
 
Tədbiri giriş sözü ilə açan STM-in direktoru Səkinə Sadıxova Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.
 
Direktor çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb.
 
S.Sadıxova rəhbərlik etdiyi mərkəz tərəfindən şəhid ailələri və qazilərin daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.
 
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova igid oğullarımızın həyatlarının təbliği, vətənpərvərlik ruhunda həyata keçirdiyi tədbirlərdən söz açıb.
 
Qeyd olunub ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə "Zəfərin şahinləri şəhidlər qonaq gəlib" layihəsi çərçivəsində "Bayfilm" MMC tərəfindən "Missiya" adlı film ərsəyə gətirilib.
 
Vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanımız Tərlan Rzayevin anası, STM-in Uşaq Xəstəxanasının əməkdaşı Simnarə Səlimova çıxış edərək bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün təmin olunmasına səbəb oldu. O qeyd edib ki, qəhrəman şəhidlərimiz, qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq.
 
Digər çıxış edənlər - STM-in Müharibə iştirakçıları ilə koordinasiya şöbəsinin əməkdaşı İntiqam Əsgərli, Mühafizə və təhlükəsizlik bölməsinin müdiri, Vətən müharibəsi Mahir Məmmədov və Namiq Əliyev müqəddəs yolda canlarını fəda edən, bizə böyük Qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıb.
 
Sonda tədbir iştirakçıları "Missiya" adlı qısametrajlı bədii filmi izləyiblər.
 
Qeyd edək ki, filmin bəzi epizodları TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında lentə alınıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub