Sumqayıt Tibb Mərkəzinin direktoru şəhidlərə həsr olunmuş filmin təqdimatında iştirak edib
26.09.2023 07:53

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxova Vətən uğrunda canlarını fəda etmiş şəhidlərdən bəhs edən "Missiya" adlı qısametrajlı bədii filmin təqdimat mərasimində iştirak edib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, mərasimdə Səkinə Sadıxova çıxış edərək rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, bu Qələbənin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından danışıb.

 

Direktor bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qəhrəman ordumuzun rəşadəti ilə şəhidlərimizin canı-qanı bahasına Ermənistanın 30 il ərzində işğalı altında olan torpaqlarımız azad edilərək tarixi qələbəyə imza atıldı.

 

Qeyd edilib ki, bu gün qəhrəmanlarımızın ailə üzvləri ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılır.

 

Vurğulanıb ki, Sumqayıt Tibb Mərkəzi və tabeçiliyində olan müəssisələr tərəfindən şəhid ailələri və qazilərin müayinə, müalicələrinin təşkili, onlara sağlamlaşdırıcı tədbirlərin göstərilməsi istiqamətində zəruri addımlar atılır.

 

Direktor rəhbərlik etdiyi mərkəz tərəfindən şəhid ailələri və qazilərin daim diqqət mərkəzində saxlanıldığını, onların sosial təminatı istiqamətində tədbirlərin davam etdiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin "Zəfərin şahinləri şəhidlər qonaq gəlib" layihəsi çərçivəsində ərsəyə gəlib.

 

Filmin bəzi epizodları TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında lentə alınıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib