Müharibə veteranları və qazilərlə görüş təşkil olunub
26.09.2023 09:55

Azərbaycan Qan Donorluğunun İnkşafı Mərkəzi (AQDİM) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə müharibə veteranları və qazilərlə görüş keçirilib. 

 

Bu barədə Aztibb.az-a AQDİM-dən məlumat verilib.

 

Görüşdə AQDİM-nin idarə heyətinin üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının Xalq artisti, AQDİM-nin fəxri üzvü Könül Xasıyeva, Xarici Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva, müharibə veteranları və qazilər iştrak ediblər.

 

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatı sədrinin müavini Rasim Mirzəyev iştirakçıları salamlayaraq tədbiri açıq elan edib.

 

Daha sonra AQDİM-nin idərə heyətinin sədri Fuad Rəsul mərkəzin yaranma tarixi, fəaliyyət istiqamətləri, qurum tərəfindən təşkil olunan təbliğat-təşviqat xarakterli tədbirlər, eləcə də qanvermə aksiyaları haqqında ətraflı məlumat verib. O, dövlətimizin irsi qan xəstəliklərinə qarşı mübarizədə dəstəyini, bu xəstəliklərin aradan qaldırılmasında ölkə başçısının və Heydər Əliyev Fondunun diqqət və qayğısını xüsusi qeyd edib. 

 

Xarici Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva ölkəmizdə irsi qan xəstəliyi ilə bağlı aparılan təbliğat xarakterli işlərdə AQDİM-nin fəaliyyətini təqdir edib.

 

Sonra AQDİM-in idarə heyətinin fəxri üzvü, həkim Günel Əliyeva irsi qan xəstəliklərinin patologiyası, fəsadları, gənclərin sağlam böyüdülməsi və qanvermənin insan sağlamlığındakı rolu haqqında elmi əsaslarla çıxış edib.

 

Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti, AQDİM-in fəxri üzvü Könül Xasıyeva təbliğat-təşviqat xarakterli tədbirlərin çox olmasının və qanvermə aksiyalarının kütləvi təşkilinin vacibliyini vurğulayıb.

 

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri Fəqan Nəsibzadə isə çıxışınd AQDİM-nə tədbirin birgə təşkilatçılığında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi təşkilatın irsi qan xəstəlikləri ilə mübarizəyə daim dəstək verməyə hazır olduğunu bildirib.

 

Görüş zamanı irsi qan xəstəliklərinin yaranma səbəbləri, müalicə və müayinəsi, o cümlədən bu xəstəliklərin qarşısının alınması istiqamətində görüləcək işlərə dair müzakirələr aparılıb.

 

Sonda Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri Fəqan Nəsibzadə tərəfindən Xalq artisti, AQDİM-in fəxri üzvü Könül Xasıyeva və AQDİM-in idarə heyətinin sədri Fuad Rəsul irsi qan xəstəlikləri və qan donorluğu mədəniyyətinin təbliğində, həmçinin gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasındakı xidmətlərinə görə Fəxri fərmanla təltif ediliblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
 Azərbaycanda transplantasiyanın tarixi   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb