Samirə Əliyeva Mərkəzi Gömrük Hospitalında təcili yardım həkimi kimi fəaliyyətə başlayıb
25.09.2023 16:00
Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Təcili Tibbi Yardım şöbəsinin təcili tibbi yardım həkimi Samirə Əliyevanı Sizə təqdim edirik. 
 
Aztibb.az xəbər verir ki, Samirə Əliyeva 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2021-ci ildən Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-terapevt ixtisası üzrə təkmilləşdirmə kursları keçir.
 
Samirə həkim 2005-ci ildə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Terapiya şöbəsində və 1 saylı şəhər klinik xəstəxanasında, 2005-2006-cı illərdə Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsində internatura təhsili alıb. 2006-2010-cu illərdə özəl tibb müəssisələrində həkim-koordinator kimi çalışıb. 2010-2015-ci illərdə Mərkəzi Gömrük Hospitalında Xəstə xidmətləri şöbəsində həkim-koordinator, 2019-cu ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-terapevt, 2019-cu ildən 2023-cü ilin sentyabr ayına qədər Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində 0,5 ştat vahidi ilə həkim-terapevt kimi fəaliyyət göstərib.
 
Mərkəzi Gömrük Hospitalında təcili yardım həkimi kimi fəaliyyətə başlamış Samirə Əliyevanı yeni təyinatı münasibətlə təbrik edirik.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib