Elmi seminar: “Bioelektrik siqnallar: funksiyaları və patofiziologiyası” 
25.09.2023 14:14

AR  Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Bioelektrik siqnallar: funksiyaları və patofiziologiyası” mövzusunda elmi seminar keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, seminarı giriş sözü ilə müəssisəsinin baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbirin olduqca aktual mövzuya həsr edildiyini bildirib.

 

Seminarda Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının müdiri, b.ü.f.d. Taleh Yusifov çıxış edib. Məruzəçi qeyd edib ki, ion kanalları ionların sürətli axını ilə bioelektrik siqnallarını formalaşdırır: “Bioelektrik siqnal mexanizmi biokimyəvi yollarla birlikdə orqanizmdə fundamendal fizioloji prosesleri tənzimləyir. Sinir impulsunun keçiriciliyini, sinaptik ötürülməni, ürək və skelet əzələlərinin fəaliyyətini təmin edir. Qan axını və qan təzyiqini, damar keçiriciliyini, qan-damar sistemində bir çox fundamental prosesləri tənzimləyir. Bioelektrik siqnallarda olan dəyişikliklər bir çox ağır xəstəliklərin, o cümlədən xərçəng  xəstəliklərinin əlamətlərini yaradır. Bioelektrik siqnallarla idarə olunan xərçəng vəziyyəti bioelektrik funksiyasının tənzimlənməsi ilə normal vəziyyətə gətirilə bilər. Bioelektrik siqnal mexanizminin manipulyasiyası xərçəng xəstələri üçün yeni bir müalicə strategiyası ola bilər”.

 

Məruzə dinlənildikdən sonra Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının professoru, f.-r.e.d., prof. Rövşən Xəlilov, Biofizika İnstitutunun icraçı direktoru, b.e.d. Kərim Qasımov, b.ü.f.d., dos. Sevinc Cəfərova, b.ü.f.d. Mürsəl Dadaşov, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova çıxış edərək mövzu ilə bağlı sual və fikirlərini bildiriblər.

 

Seminarın sonunda O.Qasımov maraqlı və məzmunlu məruzəyə görə  Taleh Yusifova iştirakçılar və institut rəhbərliyi adından təşəkkür edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib