“Azərbaycanda yaşlılar üçün sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində seminarlar davam edir
24.09.2023 10:23

BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi və təşkilatçılığı, "Yeni Klinika"nın və “Impact Agency”-nin (Impact Agency) dəstəyi ilə cari ilin iyul ayından etibarən həyata keçirilən “Azərbaycanda yaşlılar üçün sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaşlı mütəxəssislərin bilik və bacarıqlarının gənc nəslə ötürülməsi və fəal yaşlanmanın təbliğ edilməsi məqsədilə yaşlı hüquq üzrə ekspertlər tərəfindən müxtəlif seminarlar keçirilib.

 

"Yeni Klinika"dan Aztibb.az-a bildirilib ki, seminarlarda yaşlı ekspertlər hüququn əsas prinsipləri, hüquqi məsuliyyətlər və s. kimi mövzularda öz təcrübələrini gənclərlə bölüşüblər.

 

Sentyabr ayının sonuna qədər davam edəcək “Azərbaycanda yaşlılar üçün sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi” layihəsi yaşlı insanların sağlam, fəal və inteqrasiya olunmuş həyat tərzinə dəstək vermək məqsədini daşıyır.

 

Layihə müddətində təşkil ediləcək müxtəlif fəaliyyətlər vasitəsilə yaşlı insanların sosial təminat və səhiyyə xidmətlərinə çıxışı, texnologiyadan istifadə və cəmiyyətdə iştirak kimi mövzularda ehtiyaclarını qarşılamaları üçün yardımçı mühitin yaradılması nəzərdə tutulub.

 

Qeyd olunan fəaliyyətlər “Azərbaycan üçün neftdənkənar, dayanıqlı, inteqrə olunmuş və gender baxımından inklüziv maliyyə çərçivəsi” layihəsi əsasında icra olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib