"Demensiyaların müasir psixososial xüsusiyyətləri” mövzusunda elmi konfrans keçirilib
24.09.2023 18:08

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Dayaq ZN” Patronaj Xidmətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Altsheymer Xəstəliyi barədə Məlumatlandırma Gününə həsr edilmiş “Demensiyaların müasir psixososial xüsusiyyətləri” mövzusunda elmi konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev iştirakçıları salamlayaraq demensiyanın vacib ictimai səhiyyə problemi olduğunu bildirib. O, profilaktikanın vacib əhəmiyyət kəsb etdiyini vurğulayaraq maarifləndirici tədbirlərin mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsində mühüm rola malik olduğunu qeyd edib.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov da konfransın rəsmi hissəsində çıxış edərək Mərkəzi Gömrük Hospitalında mütəmadi olaraq həyata keçirilən davamlı tibbi təhsil tədbirləri barədə məlumat verib.

 

Daha sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun Psixatriya kafedrasının müdiri, t.e.d., professor, Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Teymur Qafarov və Mediart Psixi Sağlamlıq Mərkəzinin baş həkimi, psixiatr, t.e.d. Araz Əliquliyev çıxış edərək mövzu ilə əlaqəli fikirlərini bölüşüb, Tibbi Xidmət İdarəsi tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

 

100-ə yaxın iştirakçının əyani, 300-ə yaxın iştirakçının distant iştirak etdiyi konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən mövzu ilə əlaqəli təqdimatlar edilib, auditoriyanı maraqlandıran suallar cavablandırıb.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 6 DTT balı ilə qiymətləndirilmiş tədbir Mərkəzi Gömrük Hospitalının rəsmi feysbuk səhifəsindən də canlı yayımlanıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır