Tələbələr TƏBİB-in tabeliyindəki müəssisələrdə iki aylıq könüllülük fəaliyyəti ilə məşğul olublar
23.09.2023 09:35

Tibb sahəsində könüllülük fəaliyyətini inkişaf etdirmək, gənclərin erkən əmək fəaliyyətinə cəlb olunması nəticəsində klinik bacarıqlarının yüksəlməsini təmin etmək, gələcəkdə məzun olacaq tələbələrin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində işləməsinə marağın artırılması, həmçinin tibb müəssisələrinə öncədən adaptasiyası, icbari tibbi sığorta sistemi və tətbiqini öyrənməkdə köməkliyin göstərilməsi məqsədilə “Könüllü TƏBİB” layihəsinə start verilib.

 

Aztibb.az bu barədə TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir.

 

İlkin mərhələdə layihəyə 2 nömrəli Bakı Baza Tibb Kollecinin və Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsi üzrə təhsil alan 80 nəfərə yaxın tələbə qoşulub.

 

Tələbələr TƏBİB tabeliyindəki Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Perinatal Merkezi, Respublika Klinik Xəstəxanası, Suraxanı Tibb Mərkəzi, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Respublika Neyrocərrahiyyə Xəstəxanası və Sabunçu Tibb Mərkəzində iki aylıq könüllülük fəaliyyəti ilə məşğul olublar.

 

Onlara TƏBİB, icbari tibbi sığortanın tətbiqi, ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədilə göndərişlərin verilməsi və tənzimlənməsi, etik davranış qaydaları və həmçinin vətəndaşlarla ünsiyyət bacarıqları haqqında 2 günü əhatə edən təlimlər keçirilib.

 

Qeyd edək ki, “Könüllü TƏBİB” layihəsinin regionlarda yerləşən tibb kolleclərində də keçirilməsi nəzərdə tutulub.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır