Respublika QİÇS-lə Mübarizə Mərkəzində EMCDDA-nın mütəxəssisləri ilə görüş keçirilib
23.09.2023 15:17
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) Azərbaycanda səfərdə olan Avropa Birliyinin Narkotik və Narkomaniya üzrə Monitorinq Mərkəzinin (EMCDDA) mütəxəssisləri ilə görüş keçirilib.
 
RQMM-dan Aztibb.az-a bildirilib ki, görüşdə inyeksion narkotik istifadəçiləri arasında həyata keçirilən opioid əvəzedici terapiyanın tətbiqi, İİV-ə yoluxan inyeksion narkotik istifadəçilərinə Antiretrovirus müalicənin əlçatanlığının təmini, Narkoloji Mərkəzlə RQMM-in qarşılıqlı fəaliyyətindən danışılıb. Eyni zamanda, inyeksion narkotik istifadəçiləri arasında insanın immunçatışmazlığı virusunun, zərərin azaldılması üzrə proqramların idarə olunması, təhlili, narkotiklərlə əlaqəli infeksion xəstəliklər, onların profilaktikası kimi məsələlər müzakirə olunub.
 
Mütəxəssislər Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlum sahədəki fəaliyyətini yüksək qiymətləndiriblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır