Biofizika İnstitutunun 2024-cü il üçün elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planı müzakirə olunub
23.09.2023 10:07

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

 

Bu barədə Aztibb.az-a İnstitutdan xəbər verilib.

 

Müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə keçirilən iclasda Biofizika İnstitutunun elmi işçiləri, Arzu Aydəmirovanın və Mətanət Baxışovanın 26 iyun - 1 iyul 2023-cü il tarixlərində Şəki şəhərində “Gənc alimlərin innovativ ideya” düşərgəsində iştirakı ilə bağlı hesabatı və institutun elmi işçisi Mətanət Baxışovanın 2-8 sentyabr 2023-cü il tarixlərində Tovuz şəhərində “Gənc alimlərin yay düşərgəsi”ndə iştirakı ilə bağlı hesabatları dinlənilib.

 

Daha sonra Biofizika İnstitutunun 2024-cü il üçün elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planı müzakirə olunub. Qeyd olunub ki, növbəti tədris ilində 1 nəfərin doktoranturaya qəbul edilməsi nəzərdə tutulub.

 

Sonda gündəlikdə yer alan digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır