Mərkəzi Gömrük Hospitalında “Xəstəxana infeksiyalarının qarşısının alınması” mövzusunda təlim keçirilib
22.09.2023 09:18

Mərkəzi Gömrük Hospitalında (MGH) tibb bacıları üçün “Xəstəxana infeksiyalarının qarşısının alınması”  mövzusunda təlim keçirilib.

 

Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, təlimi MGH-nin İnfeksiya Nəzarət Komissiyasının sədri, həkim-infeksionist Mədinə Abdullayeva  aparıb.

 

Mədinə Abdullayeva mikroorqanizmlərin yayılma mənbələri, fərdi və şəxsi qoruyucu vasitələrin düzgün istifadəsi, geyinilməsi və çıxarılması qaydaları barədə, eyni zamanda müasir dövrdə orta tibb işçilərinin tibbi xidmətlərdə rolu və vəzifələri, bu sahədə olan yeni texnologiyalar, metodlar və digər məsələlər barədə ətraflı məlumat verib.

 

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, xəstəxanadaxili infeksiyaların yayılmasının 50%-ə qədəri əllərin payına düşür. Belə ki, xəstəxana daxilində infeksiyalar əsasən qapı tutacaqları, elektirik düymələri, telefon dəstəyi, tonometr, tibbi xərək, xəstə arabaları, termometrlər və xəstənin əşyalarına toxunmaq kimi üsullar vasitəsilə keçə bilir. Bu baxımdan sadəcə əl gigiyenasına əməl etməklə nozokomial infeksiyaların qarşısını almaq mümkün olur. Əl gigiyenasına əlyuma, əl antiseptikləri ilə ovalama və tibbi əlcəklər daxildir. Sədəcə qaydalara uyğun olaraq düzgün əlyuma vasitəsi ilə bunun qarşısını almaq mümkündür.

 

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının İnfeksiya Nəzarət Komissiyası tərəfindən hazırlanmış proqram əsasında infeksiyaların qarşısının alınması mövzusu ilə bağlı həftədə bir dəfə müxtəlif təlimərin keçirilməsi nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır