Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru tibb müəssisəsində son illər görülmüş işlər barədə məlumat verib
22.09.2023 09:21
Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan ““Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib.
 
Konfransda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, TƏBİB-in tabeliyindəki Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Balakən Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Daha sonra “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda videoçarx nümayiş olunub.
 
Tədbirdə Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva “Əsrin müqaviləsi”nin Azərbaycanın uzunmüddətli strateji maraqlarının, siyasi, iqtisadi mənafelərinin təmin edilməsinə, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdiyini qeyd edib.
 
Dilbər Quliyeva xəstəxananın strukturu, tibbi heyəti barədə, eyni zamanda son iki ildə görülən işlər haqqında da konfrans iştirakçılarına məlumat verib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub