21 sentyabr – Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür  
21.09.2023 10:07

Hər il sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd edilir. Həmin gün 1994-cü ildə xəstəliyin araşdırılması və onun inkişafının ləngidilməsi ilə məşğul olan təşkilatın təşəbbüsü ilə təsis olunub.

 

Aztibb.az xəbər verir ki, vaxtilə qədim Yunanıstanda yaşla yaddaş zəifliyi arasında əlaqənin olduğunu söyləsələr də, onun mövcudluğunu ilk dəfə 1906-cı ildə alman psixiatrı Alois Altsheymer aşkar edib. O, əlli yaşında vəfat edən xəstənin ölüm səbəblərini mətbuat səhifəsinə çıxarıb. Sonralar tibbi ədəbiyyatda ona oxşar bir sıra hadisələr barədə məlumat verilib. Çox keçmədən Altsheymer ayrıca bir xəstəlik kimi qəbul edilib.

 
Bu xəstəlik adətən yaddaş pozğunluğu ilə başlayır: xəstənin öyrənmək qabiliyyəti zəifləyir. Təxminən 90% hallarda xəstəyə dəqiq klinik diaqnoz qoyulur. Xəstəliyin ləng və kəskin surətdə ağırlaşması hallarına rast gəlinsə də, adətən, ləng inkişaf edir, amma davamlı olur.
 

Bu günə qədər mütəxəssislər tərəfindən bir çox sensasiya yaradan açıqlamaların olmasına baxmayaraq xəstəliklə mübarizə və ya onun profilaktikası ilə əlaqəli heç bir dəqiq elmi sübut yoxdur. Tibbin köməyi ilə sadəcə xəstənin vəziyyətini yüngülləşdirmək olar.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən bu sindromdan əziyyət çəkənlərin sayı 46 milyondur. 2030-cu ildə bu sayın 75 milyona, 2050-ci ildə isə 132 milyona çatacağı təxmin edilir.

 
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır