Xətai Tibb Mərkəzi yalnız müalicə müəssisəsi deyil, həm də tibbi təhsil və təcrübə mərkəzidir
21.09.2023 09:58
1893-cü ildə özülü qoyulan M.Əfəndiyev adına Xətai Tibb Mərkəzi tibb mütəxəssislərinin, alimlərin təhsil və təcrübə mərkəzi olub. Uzun illər görkəmli alimlər - akademik M.Topçubaşov, professor M.Əfəndiyev, professor İ.Topçubaşov bu mərkəzdə çalışıb, ilklərə imza atıblar.
 
Aztibb.az Xətai Tibb Mərkəzinin feysbuk səhifəsinə istinadla xəbər verir ki, akademik M.Topçubaşovun rəhbərliyi altında xəstəxanada 35 tibb elmləri doktoru və tibb elmləri namizədi hazırlanıb. 50 il ərzində M. Topçubaşov yüzlərlə cərrah yetişdirib. Onun rəhbərliyi ilə ilk cərrahiyə otağı-lektoriya tikilib.
 
1938-ci ildə akademik ilk dəfə efir yağlı narkozdan Xətai Tibb Mərkəzində istifadə edib.
 
Həmçinin burada professor M.Əfəndiyevin rəhbərliyi ilə yüksəkixtisaslı terapevtlər hazırlanıb. 1935-ci ildə onun təşəbbüsü ilə Daxili xəstəliklər kafedrası yaradılıb. Bu kafedrada Azərbaycan Tibb İnstitutunun Pediatriya və Sanitariya fakültələrinin tələbələri daxili xəstəliklər üzrə dərs keçiblər.
 
Qoyulan ənənə hazırda da davam etdirilir. TƏBİB-nin tabeliyində olan Xətai Tibb Mərkəzi yalnız müalicə ocağı deyil, həm də tibbi təhsil və təcrübə mərkəzidir. Azərbaycan Tibb Universitetinin III Cərrahiyyə Xəstəliklər kafedrasının tələbələri Xətai Tibb Mərkəzində dərs keçirlər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub