Özbəkistanlı həkimlər Diaqnoz Tibb Mərkəzində aparılan əməliyyatda iştirak ediblər
21.09.2023 08:10

Özbəkistandan gəlmiş həkim qrupu Diaqnoz Tibb Mərkəzinin Qastroenterologiya şöbəsinin müdiri, beynəlxalq təcrübəyə malik qastroenteroloq Rəfael Həsənov tərəfindən aparılan əməliyyatda iştirak edib.

 

Bu barədə Aztibb.az-a Diaqnoz Tibb Mərkəzindən xəbər verilib.

 

Bildirilib ki,  özbəkistanlı həkimlər əməliyyatda iştirak etməklə həm öz təcrübələrini artırır, həm də işlədikləri tibbi müəssisələrdə icra edilməyən əməliyyatların texnikasına yiyiələnirlər.