ETPİ-də “Uşaqlar arasında düzgün təxliyənin təşkili” mövzusunda seminar keçirilib
18.09.2023 15:35
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) “Uşaqlar arasında düzgün təxliyənin təşkili” mövzusunda seminar keçirilib.
 
ETPİ-dən Aztibb.az-a bildirilib ki, seminarın açılışında institutun direktoru v.i.e., tibb üzrə fəlsəfə doktoru, dosent Aynur Poluxova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, direktorun elmi işlər üzrə müavini, t.e.d., dos. Nailə Rəhimova çıxış ediblər.
 
Qeyd edilib ki, tədbirin məqsədi yenidoğulanların aparılmış düzgün təxliyəsi nəticəsində neonatal ölüm səviyyəsinin azaldılması, “Ana və uşaqların sağlamlığının qorunması” üzrə Dövlət Proqramı çərcivəsində uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi, xəstələrin təxliyəsi zamanı beynəlxalq meyarlarının tətbiq edilməsidir. Həmçinin "Yenidoğulanların təxliyəsi" adlı metodik tövsiyə haqqında məlumat verilib. Bildirilib ki, metodik tövsiyədə təxliyənın növləri, yenidoğulanların təxliyəsinə göstəriş və əks göstərişlər, təxliyənin təşkili və bu zaman yenidoğulanların vəziyyətlərinin qiymətləndirilməsi ətraflı təsvir olunub. Təqdim olunan metodik tövsiyə reanimatoloq, neonatoloq, pediatr, həkim rezidentlər üçün nəzərdə tutulub və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının 23 may 2022-ci il tarixli Qərarı ilə təsdiq edilib. Diqqətə çatdırılıb ki, ETPİ-də yenidoğulanların təxliyəsi bu metodik tövsiyə əsasında həyata keçirilir.
 
Əyani və distant formada keçirilən seminarda “Yenidoğulanlarda təxliyənin prinsipləri”, “Elmi-Tədqiqat Pediatriya İnstitutuna daxil olan xəstələrin strukturu, profili və təxliyəsində yaranan problemlər”, "ETPİ-də statistik sənədlərin tərtibi qaydaları" mövzularında çıxışlar olub.
 
Uşaq və körpələr arasında ölüm hallarının azaldılması məqsədilə keçirilən tədbirdə distant olaraq respublikanın müxtəlif regionlarının iştirakı da təmin olunub. 
 
Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır